BRİLYANTLAR AIƏMİNƏ DAXİL OLUN BRİLYANTLAR
Min illər boyunca var-dövlət və gücün simvolu olan brilyant təkcə insanların gözünü oxşamır, brilyantlar keyfiyyətinə görə fərqlənir, bu səbəbdən də, onlar barədə məlumat almaqla düzgün brilyantı seçə bilərsiniz.
SI Luxury World brilyantlar üzrə maarifləndirmə bölümü sizin bütün suallarınızı cavablandırmaq məqsədi daşıyır və sadəcə bir neçə dəqiqə ərzində siz özünüzə mükəmməl brilyantı seçə bilmək üçün lazım olan bütün məlumatları alacaqsınız.
Brilyantlar bir sıra amillərə görə müxtəlif kateqoriyalara ayrılırlar. Bu, sortlaşdırma adlanır. Brilyantların sortlaşdırılması hər bir brilyantın dəyərləndirilməsinə və müəyyən edilmiş aspektlərə uyğun olmasına görə həyata keçirilir. Brilyantların sertifikatlaşdırılması üzrə fəaliyyət göstərən bir neçə qurum var. SI Luxury World şirkəti hesab edir ki, GİA bunlar arasında ən yaxşısıdır. GIA şirkətinin laboratoriyasında 4C sistemi vasitəsilə brilyantlar aydın və sistematik üsulla müqayisə edilirlər.
4C sistemi Kəsim, Aydınlıq, Rəng və Karat kimi müqayisə keyfiyyətlərinə əsaslanır. Bu dörd amil birlikdə bir brilyantın digəri ilə müqayisə olunması üçün beynəlxalq standartı müəyyən edir.
Brilyantların hər bir aspektlərinə dair məlumat almaq üçün soldakı bölmələrə baxın.
ANLAYİŞ BRİLYANTIN TƏMIZLIYI
Brilyantın təmizliyi dedikdə, demək olar ki, bütün brilyantlarda olan xırda qüsurların sayı və ölçüsü nəzərdə tutulur. Bu qüsurlar adətən mikroskopik olur və brilyantın gözəlliyinə mənfi təsir göstərmir.
Təbii qüsurlara bütün, hətta ən keyfiyyətli brilyantlarda belə rast gəlinir. Qiymətli daş mütəxəssisləri bu qüsurlara nöqsan və qarışıq kimi müxtəlif adlar verirlər.
Qarışıqlar brilyantda olan və ya səthdən onun içərisinə yayılan kiçik qüsurlardır. Qüsurlar brilyantın səthində gizlənir. Qarışıqlar bir qayda olaraq qüsurlara nisbətən brilyantın gözəlliyinə və qiymətinə daha çox təsir göstərirlər.
Heç bir qüsuru olmayan brilyantlar son dərəcə nadirdir və buna görə də, çox qiymətli hesab olunurlar. Qüsurlar kəsilməmiş bütün brilyantlarda olur. Brilyant elə hazırlanmalıdır ki, yekun məhsulda ən az miqdarda qarışıq və ya qüsur olsun.
Brilyantın təmizliyi aşağıdakı kimi dərəcələnir:
Fl (Flawless) – 10 dəfə böyüdülən zaman görünən əlavələrə və səthi qüsurlara malik olmayan brilyant
IF (Internally Flawless) – daxilən təmiz, 10 dəfə böyüdülən zaman görünən əlavələrə malik olmayan.
VVS1 и VVS2 (Very Very Slightly Included) – təcrübəli qiymətləndiricinin 10 dəfə böyüdülən zaman görə biləcəyi “çox xırda əlavələri” olan iki şəffaflıq kateqoriyası, VVS1 kateqoriyasının brilyantlarında bu əlavələr brilyantın səthini yuxarı tərəfə qoyarkən görünməyə bilər, əlavələrin ölçüləri həddindən artıq xırdadir.
VS1 и VS2 (Very Slightly Included) - “çox xırda əlavələri” olan iki şəffaflıq kateqoriyası, 10 dəfə böyüdülən zaman çətinliklə görünən xırda və həddindən artıq xırda əlavələri olan brilyantlar.
SI1 и SI2 (Slightly Included) – “xırda əlavələri” olan iki şəffaflıq kateqoriyası, təcrübəli qiymətləndirici 10 dəfə böyüdülən zaman əlavələri çətinlik çəkmədən aşkar edir.
I1, I2 и I3 (Included) – “əlavəli” üç şəffaflıq kateqoriyası, 10 dəfə böyüdülən zaman əlavələri aydın görünən brilyantlar.
RƏNG FƏRQİ
Rəng dedikdə, brilyantın daxili rənginin miqdarı nəzərdə tutulur. Tam rəngsiz brilyantlar çox nadir və qiymətlidir. Zərgərlikdə istifadə olunan əksər brilyantlar demək olar ki, rəngsizdir, ancaq aşağı keyfiyyətli zinət əşyalarında istifadə olunan brilyantlarda müəyyən qədər sarı və ya qəhvəyi çalar olur.
Demək olar ki, rəngsiz brilyantlarda rəngin az olması qiymətin daha yüksək olması deməkdir. Brilyantlar bir çox digər rənglərdə, məsələn, çəhrayı və mavi rənglərdə də olur. Bu brilyantlarda isə, rəngin çox olması qiymətin də yüksək olması deməkdir.
Brilyantın müxtəlif çalarları və rəngləri brilyant yer qabığında yaranan zaman karbon atomlarının kristallaşması prosesində meydana gəlir. Formalaşan brilyantın yerin qatlarındakı müxtəlif minerallara yaxın olması rəngdə dəyişikliklərə səbəb olur.
Təmiz brilyantlar üçün rəng kateqoriyaları D-dən (tam rəngsiz) Z-yə (çox rəngli) qədər müəyyən edilir.
Təbii rəng – Hər 10000 brilyantdan ancaq biri təbii rəngə malik olur və bu, təbii rəngli brilyant adlanır.
Bu səbəbdən də, təbii rəngli brilyantlar öz rənginin intensivliyinə və paylanmasına görə eksklüziv satılırlar.
Çəhrayıdan qara rəngə qədər göy qurşağının bütün rənglərində, o cümlədən mavi, qırmızı, sarı, yaşıl, boz və qəhvəyi rənglərdə olan brilyantlar D-Z qruplarına aid edilmir, çünki bu kateqoriyalar rəngsiz («ağ») brilyantlara şamil edilir.
Ağ və ya rəngsiz brilyant alarkən kəsim proporsiyası və rəngin təmizliyi kimi aspektlər təbii rəngli brilyantın alışı ilə müqayisədə, o qədər də əhəmiyyətli deyil.
Rəngin intensivliyi, dərinliyi və ya zənginliyi təbii rəngli brilyantın alınmasında ən mühüm faktorlardır. Rəng nə qədər intensiv olarsa, brilyant bir o qədər nadir və dəyərli olar. Təbii rəngli brilyantlar rəng intensivliyinin artmasına görə aşağıdakı kimi qruplaşdırılır:
BRİLYANTIN PROPORSİYALARININ KƏSİMİ
Təbiət almaza nə qədər gözəl rəng və şəffaflıq versə də, onlar yaxşı təraşlanmadan nəzərə çarpmayacaq.
Təraşlama zamanı müəyyən edilən proporsiyalar (bucaqlar, hissələrin nisbi ölçüləri) brilyantın işıqla neçə təmasda olacağını – parıltı, alov və şüalanma xüsusiyyətlərini - müəyyən edir. Biz görürük ki, işıq şüalarının bir qisminin daşın səthindən əks olunduğuna görə o, parlayır; işıq daşın üstünə düşür və onun daxilində oynayaraq, kənarlarından əks olunur, ağ işıq spektral rənglərə paylaşır və alov şəklində geri dönərək, daşa oynaq parlaqlıq verir. İşığın brilyantın daxilində hansı müddətdə qalacağı məhz təraşlamadan, proporsiyalardan, simmetriyadan və cilalamadan asılıdır. Əgər təraşlama proporsiyaları pisdirsə, işıq tacdan (brilyantın yuxarı hissəsindən) daxil olaraq, pavilyondan (alt hissədən) çıxa bilər, beləliklə də, brilyant sönük və tünd görünə bilər. Proporsiyaların yaxşı olub, olmadığı nə ilə müəyyən olunur? Bir neçə mühüm element mövcuddur: rundistin konturu və qalınlığı, səthin faizlə ölçüsü, tacın bucağı və pavilyonun bucağı, faizlə ümumi dərinlik, kaletin (mil ucunun) ölçüsü, fantaziyalı formalar üçün isə - həmçinin, uzunluqla enin nisbəti.
İlk olaraq riyazi cəhətdən işığın yumru brilyantdan keçməsini Marsel Tolokovski öyrənmişdir, onun 1910-cu ilə aid işi təraşlamanın ideal proporsiyalarının bütün axtarışlarına təkan vermiş oldu. Belə ki, səthin ideal faizi 55 – 66% təşkil edir ki, bu göstərici də brilyanta daxil olan və ondan şüalanan işığın həcminə təsir edir.
Yekun emal səviyyəsi cilalama keyfiyyətinə və simmetriyaya görə qiymətləndirilir. Simmetriya – daşın bir tərəfinin kənarları ilə digər tərəfə nisbətdə olan balansdır (səthin mərkəzdə yerləşməsi, kənarların düzgün formaya malik olub, olmadığı, rundistin səthi ilə sahəsinin paralel olub, olmadığı və sair). Cilalama keyfiyyəti daşın üzərində sıyrıqların, cızıqların, dəliklərin olub, olmaması əsasında qiymətləndirilir.
Əlbəttə ki, terminologiyanın bütün incəliklərini anlamaq kifayət qədər çətindir, xüsusilə də, nəzərə alsaq ki brilyant ən geniş yayılmış yumru formadan əlavə fantaziyalı formalara da malik ola bilər: “oval” “armud”, “ürək” və bir çox digər formalar (təraşlama da kənarların yaradılması növünə görə müxtəlif şəkildə həyata keçirilə bilər: pilləli, brilyant, qatışıq). Qeyri peşəkar insan daşın yaxşı cilalandığını müəyyən etmək üçün yalnız onun vizual effektini qiymətləndirə bilər. Öz fikrinə əmin olmaq üçün sertifikata nəzər salmaq lazımdır ki, burada daşın yekun emal səviyyəsi aşağıda qeyd olunan terminlərlə qiymətləndirilir: “əla”, “çox yaxşı”, “yaxşı”, “kafi” və “pis”.
BRİLYANTIN ÇƏKİSİ KARAT
Brilyantın çəkisi karatla ölçülür. Karat qramın 1/5 hissəsinə (0,200q) bərabərdir. Böyük brilyantlar kiçik brilyantlara nisbətən daha nadirdir və buna görə də, çox qiymətli sayılır, ancaq əlbəttə ki, bunlar eyni keyfiyyətdə olmalıdır. Aşağı keyfiyyətli böyük brilyantın qiyməti yüksək keyfiyyətli kiçik brilyantın qiyməti ilə eyni və ya daha az ola bilər.
Müəyyən bir zinət əşyasına uyğun olan düzgün ölçüdə brilyantın seçilməsi sənətdir. Bizim brendlərin mahir ustaları bu sənətə yiyələnmək üçün illərini sərf etmişlər.
BRİLYANTIN FLUORESSENSİYASİ
Özünün ən sadə formasında brilyantın fluoressensiyası ultrabənövşəyi işığın (UB) brilyanta göstərdiyi təsirlə izah olunur. Göy və ya ultrabənövşəyi işıq altında durduğunuz zaman bəzən sizin gözlərinizin ağı daha da parlaq və ya dişləriniz daha da parıltılı görünür. Brilyant UB şüalar altında eyni təsirə məruz qalır.
Fluoressensiya, brilyantın UB şüalarına məruz qaldığı zaman saçdığı görünən işıqdır. GIA-nın Brilyantların növlərinə dair Hesabatında fluoressensiya, brilyantın gün işığının vacib komponenti olan uzun UB dalğalara olan reaksiyasının gücü və ya intensivliyi kimi izah olunur. Saçılan işıq brilyantın ultrabənövşəyi mənbəyə məruz qaldığı müddətdə mövcud olur. İnsan gözünə görünməyən olsa da, UB radiasiya hər yerdə mövcuddur. Gün işığında da radiasiya var. Fluoressens işıqlandırma da həmçinin, ultrabənövşəyi işıq saçır.
Fluoressensiyanın çox güclü olması daşın dumanlı və ya “yağlı” görünməsinə səbəb ola bilər. Bu da brilyantın dəyərini azalda bilər.
BRİLYANTLARİN QAYĞISINA QALMAQ
Brilyant dünyada ən möhkəm maddələrdən biridir və istinin təsirinə və cızılmaya qarşı son dərəcə dayanıqlıdır. Bu brilyantlar dağılmırlar.
Üzərinizdəki brilyantın iti bir əşyaya toxunması və ya sərt zədə alması kimi risklərin olduğu işlərlə məşğul olarkən onu çıxarmağınız məsləhətdir.
Brilyant üzərinizdə olarkən çirklənir, tərə, kosmetikaya və dəridə ifraz olan təbii yağlara, eləcə də, məişətdə istifadə edilən kimyəvi maddələrə bulaşır. Vaxt keçdikcə, bu materiallar brilyantın üzərində yığılıb qalaraq onun parıltısını azaldırlar.
Xoşbəxtlikdən, brilyantı təmizləmək asandır və az vaxt alır. Brilyantı bir hissə ammonyak və altı hissə sudan ibarət məhlulda isladın. Yumşaq parçanı, və yaxud da yumşaq diş fırçasını suda isladaraq onunla brilyantı ehtiyatla silin.
Ehtiyatlı olun ki, fırça zinət əşyasının metalını cızmasın. Sonda parıltını təzələmək üçün su ilə yaxalayın. Həmçinin, brilyantınızı zinət əşyaları üçün nəzərdə tutulan təmizləyici ilə də təmizləyə bilərsiniz.
Bunlar əksər marketlərdə satılır. Həmin təmizləyicinin üzərində brilyantlar və sizin zinət əşyanızın metalı üçün təhlükəsiz olduğunun yazılıb-yazılmadığını yoxlayın.
Təmizləyicini tətbiq etdikdən sonra yumşaq parça ilə qalan çirki və ya qalıqları təmizləyin. Brilyantlar sərt olduqlarından başqa brilyantları, qiymətli daşları və metalları zədələyə bilər. Zinət əyşaları daha çox bu səbəbdən zədələnirlər.
Buna görə də, bütün zinət əşyalarınızı, xüsusən brilyantlarınızı ayrıca olmaqla yumşaq torbada saxlayın.
AA RACHMINOV BRİLYANTLAR
SI Luxury World şirkəti dünyanın aparıcı brilyant mütəxəssislərindən olan A.A Rachminov Diamonds ilə tərəfdaşlıq etdiyi üçün qürur duyur. A.A Rachminov Ltd şirkəti Rachminov qardaşları tərəfindən əsası qoyulmuş ikinci nəsil brilyant ticarəti və istehsalı şirkətidir. Onlar İsrail brilyant sənayesinin süqutundan sonra 1950-ci illərin əvvəllərindən etibarən brilyant ticarəti ilə məşğuldurlar.
Brilyant ticarəti sahəsində qazandığı zəngin təcrübə sayəsində A.A Rachminov indi qlobal miqyasda, zinət əşyalarının ticarətindən istehsalına qədər bütün sahələrdə fəaliyyət göstərir. Onlar həmçinin bütün dünyada filiallar açmışlar, zərgərlərdən, məşhur şəxslərdən və kraliyyət ailələrinin üzvlərindən ibarət olan müştərilərinin sayı beş yüzdən çoxdur.
Bu şirkətin məhsulları GİA tərəfindən sertifikatlaşdırılmış, dəyirmi kəsimli və minimum iki karatdan əlli karata və daha yüksək çəkiyə qədər olan yüksək keyfiyyətli brilyantlardan ibarətdir. Bütün A.A. Rachminov brilyantları QS-Q2 rəng təmizliyi kateqoriyalarına və D-I rəng kateqoriyalarına daxildir. Şirkətin nüfuzlu və məşhur daşlardan ibarət kolleksiyası var. Brilyantların bir çoxu ən müasir avadanlıqlardan və kəsicilərdən istifadə edilməklə mütəxəssislər tərəfindən kəsilir və cilalanır.
GIA-NIN FƏALİYYƏTİ G.I.A
Brilyantların sortlaşdırılmasına dair sənədlərin tarixi iyirminci əsrin ortalarına gedib çıxır. Bu sənədlər müasir brilyant sənayesində çox mühüm sayılır. GIA brilyantların sortlaşdırılması üzrə və brilyant araşdırma mərkəz kimi 1930-cu illərdən etibarən fəaliyyət göstərir. O, bu sahədə beynəlxalq miqyasda tanınmış standart olan 4C standartını yaratmışdır.
Qiymətli daş laboratoriyalarında hər il minlərlə brilyant sortlaşdırılır. Buna görə də, onların sistemləri və metodları qüsursuz olmalıdır. GIA təşkilatında sortlaşdırma prosesinin tam dəqiq yerinə yetirildiyini müəyyən etmək üçün təşkilat müntəzəm olaraq və müstəqil şəkildə audit olunur. Dəqiqliyi təmin edən başqa bir amil isə ondan ibarətdir ki, əksər laboratoriyalarda bir neçə sortlaşdırıcı eyni brilyantı müayinə edir. Əksər qiymətli daş laboratoriyalarında tətbiq edilən sistemlər GIA sortlaşdırma sisteminə uyğunlaşdırılmışdır, çünki bu, bütün dünyada qəbul edilmiş sistemdir. Hətta brilyantın sortu GIA sisteminə əsaslansa belə, GIA brilyantlarının sortlaşdırılmasının yeganə mənbəyi GIA laboratoriyasıdır.
Nüfuzlu laboratoriya tərəfindən verilən keyfiyyət sənədi pərakəndə satış müəssisəsinə və ya ticarətçi imkan verir ki, brilyantı görmədən onu seçsin. Məsələn, hazırladığı üzük üçün daş istəyən kanadalı bir satış şirkəti Tel-Əvivdəki və ya Nyu-yorkdakı dilerlərə və digər iri istehsal mərkəzlərinə müraciət edir; GIA tərəfindən verilən sənəddə ona lazım olan brilyantı görmədən belə, alması üçün bütün zəruri məlumatlar verilir və bu sənəddəki məlumatlar tam dəqiq olur. Brilyant sənayesi belə işləyir və aldığınız hər bir brilyant üçün sənəd verilməlidir.
Bundan başqa, keyfiyyət sənədi ilə müşayiət olunan brilyantın təsvir edilmiş məlumatlara uyğun olması da yoxlanılmalıdır. Bu, saxta daşlardan özünüzü qorumağa imkan verir.