Ən yüksək qiymətləndirilən qiymətli daşlardan biri olan yaqut - güc, məhəbbət və ehtirası ifadə edən qırmızı-universal rəmzidir. Bundan başqa, yaqutun qiymətləndirilməsi zaman əsas rolu onun rəngi oynayır. Zəngin, dərin... Təsadüfi deyildir ki, yaqutun ən bahalı hesab edilən çaları “göyərçin qanı” adlandırılır. İnanılmaz qiymətə satılan bu çalardakı daşlar Birmada çıxarılır.
ABŞ-ın 2008-ci ildə Birma yaqutlarına embarqo tətbiq etməyə başlamasından sonra (daha sonra dünyanın digər ölkələri də bu embarqonu dəstəkləmişdir) bazardakı yüksək keyfiyyətli yaqutların həcmi azalmışdır və beləliklə qiymətlər yenidən yüksəlmişdir. Lakin bu cür zinət əşyalarının və digər ölkələrin (məsələn, Tailand, Tanzaniya, Mozambik, Şri-Lanka, Keniya, Madaqaskar və Viyetnam) mədənlərində istehsal edilən qiymətli daşların, habelə embarqonun qüvvəyə minməsinədək (2007-ci ilədək) istehsal edilmiş və sertifikatlaşdırılmış Birma yaqutlarının istifadə edilməsi fakt olaraq qalmaqdadır.
Lakin gəlin siyasəti bir tərəfə qoyaq və bu heyrətamiz almaz şpatının rənginə qayıdaq. Rəng nə çox tünd nə də çox açıq olmalı, çəhrayıya çalmalıdır. Axırıncı qeyd etdiyimiz məsələni zərgərlik mütəxəssisləri arasında mübahisə predmeti hesab etmək olar: bu daş ümumiyyətlə yaqut sayılmalıdır mı? Yoxsa o, almaz şpatının tamamilə digər növü olan çəhrayı sapfirdir? Zərgərlik mütəxəssisləri yaqutun rəngini müəyyən qiymətli daş standartlarının köməyi ilə müəyyən edirlər.
Yaqutun rəngi və cəlbediciliyi ona baxmaq üçün istifadə etdiyiniz işıqlandırmanın süni, yaxud təbii olmasından asılı olaraq böyük ölçüdə dəyişə bilər. Bu səbəbdən yaqutdan istifadə edilmiş məhsulları gün işığında görmədən almaq lazım deyil: süni işıqlandırmanın qırmızı spektri altında heyrətamiz görünən digər daşlar gün işığı altında tamamilə “sönə” bilər.
Brilyantlarda olduğu kimi yaqutlarda da saflıq əhəmiyyət kəsb edir. Lakin burda bir vacib amil var: brilyantın ən yüksək keyfiyyətlisi – Flawless («Qüsursuz») hesab olunur, lakin yaqutun qatışıqsızı ümumiyyətlə mövcud olmur. Digər məsələ onların necə yerləşdirilməsindən ibarətdir: nə qədər az gözə görünsə daşın gözəlliyinə (gücünə) o qədər az təsiri olar, bu da o qədər yaxşıdır. Əksinə, müəyyən qatışıqlar daşın estetikasına müsbət istiqamətdə təsir göstərə bilər. Buna misal kimi, bəzi iynəşəkilli qatışıqları göstərmək mümkündür. Daşı kaboşon formasında yonarkən, bu qatışıqlarla əlaqədar onun üzərində ulduzu xatırladan bir forma görünür. Yaqutun bir neçə növü, o cümlədən sapfir, şpinel, berill və qranat üçün də xarakterik olan bu effekt asterizm kimi tanınır.
Yaqutun çəkisinin artması onun dəyərinə ciddi təsir edir, çünki bir karatdan ağır çəkiyə malik olan yüksək keyfiyyətli yaqutlar artıq nadir hesab edilir.Yaqutlara əksər hallarda “yastığı” və “oval”, habelə adi yumru və armudu formalarda rast gəlinir və onlar həmçinin almazla “zümrüdü” və “marquis” formalarında kəsilir.
Moos şkalası: 9.0
Mövcud rənglər: Qırmızı
Cilalanmamış
Cilalanmış
Şəkil GİA məhsuludur